Bank Of Baku

Azərbaycanın üç müəssisəsi Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın keçirdiyi müsabiqədə birinci yeri tutub

Azərbaycanın üç müəssisəsi Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın keçirdiyi  müsabiqədə birinci yeri tutub
# 16 noyabr 2009 07:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın MDB ölkələri arasında keçirdiyi müsabiqənin nəticələri açıqlanıb.

Bu barədə «APA-Economics»ə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məhsul və xidmətlərin keyfiyyəti üzrə nailiyyətlərə görə keçirilən beynəlxalq müsabiqəyə qatılan Azərbaycanın 4 istehsal müəssisəsindən 3-ü ayrı-ayrı kateqoriyalar üzrə I yerə layiq görülüb.

Dövlətlərarası Şura ekspertlərinin rəyləri gizli səsvermədən sonra ümumiləşdirilib. Nəticələrə əsasən, “İşçilərinin sayı 250-dək olmaqla sənaye məhsulları istehsalı” kateqoriyasında 630 xal toplamaqla “NJT 2000” şirkəti, “İşçilərinin sayı 250-dək olmaqla xalq istehlakı mallarının istehsalı” kateqoriyasında I yerə 912 xal toplamaqla “Gazelli” MMC, “İşçilərinin sayı 250 nəfərdən çox olmaqla xalq istehlakı mallarının istehsalı” kateqoriyasında isə I yerə 635,7 xal toplamaqla “Qafqaz Konserv Zavodu” MMC layiq görülüb. Təltifetmə mərasiminin cari ilin dekabr ayında Rusiyanın Moskva şəhərində keçirilməsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR