Bank Of Baku

Azərbaycanda ƏDV qeydiyyatı ləğv olunan vergi ödəyicilərinin sayı 6 784-ə çatıb

Azərbaycanda ƏDV qeydiyyatı ləğv olunan vergi ödəyicilərinin sayı 6 784-ə çatıb
# 16 noyabr 2009 07:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin oktyabr ayının 1-dən noyabrın 12-dək Azərbaycanda 38 vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) qeydiyyatı ləğv olunub.

ƏDV qeydiyyatı ləğv olunmuş vergi ödəyiciləri arasında «Titan» şirkəti, «Azal» Milli Aviasiya Şirkəti, «Turac» Mənzil-Tikinti Kooperativi, «Ağdaş Kəndtikinti» ASC, «Mc Air Kargo Azerbaijan» MMC (şirkət ləğv edilib), «Neftyanaya Kompaniya «Safmar»» ASC-nin Azərbaycan filialı, «Azərsutikinti» ASC-nin «Beyləqansutikinti» törəmə müəssisəsi və s. təsərrüfat subyektləri var.

Ötən ay ƏDV qeydiyyatı ləğv olunan fiziki şəxslər arasında müğənni Nadir Qafarzadə də yer alıb.

Qeyd edək ki, artıq Azərbaycanda ƏDV qeydiyyatı ləğv edilmiş vergi ödəyicilərinin sayı 6 784-ə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR