Bank Of Baku

Bakıda keçiriləcək «İnsan kapitalı. Dövlət. Biznes» adlı I Beynəlxalq Konfransda iştirak etmək üçün qeydiyyat prosedurası başa çatır

Bakıda keçiriləcək «İnsan kapitalı. Dövlət. Biznes» adlı I Beynəlxalq Konfransda iştirak etmək üçün qeydiyyat prosedurası başa çatır
# 16 noyabr 2009 12:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il noyabrın 25-26-da Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və «AccessBank»ın dəstəyi, həmçinin «Allianz Group» şirkətinin təşkilatçılığı ilə Bakıda keçiriləcək «İnsan kapitalı. Dövlət. Biznes» adlı I Beynəlxalq Konfransda iştirak etmək üçün qeydiyyat prosedurası başa çatmaq üzrədir.
APA-Economics”in məlumatına görə, qeydiyyatın başa çatmasına 8 gün və 12 yer qalır. Bir sıra iqtisadçı, mütəxəssis, ictimai xadimin iştirak edəcəyi tədbirdə 10 məruzə, 5 təlim və 4 dəyirmi masa təşkil olunacaq. Konfransda insan kapitalının inkişafında dövlətin və biznesin yeri və rolu, regionların və miqrasiyanın inkişafı, insan kapitalına yatırılan investisiyalar və digər bu kimi mövzularda məruzələr oxunacaq və müzakirələr aparılacaq. Çıxış edən məruzəçilər Rusiyanın «Mobilnıye TeleSistemı», «Texnosila», Azərbaycanın «Access Bank», Latviyanın «In Form Network», ABŞ-ın «Profiles International», Qazaxıstanın «Air-Astana», «DeltaCredit - Sosiete General Group» Rusiya-Fransa bankı və digər şirkətləri təmsil edəcək.
Beynəlxalq tədbir haqqında əlavə məlumat almaq və konfransda qeydiyyatdan keçmək üçün “İnsan kapitalı. Dövlət. Biznes” I Beynəlxalq Konfransının meneceri Səfiyə Nizaməddinovaya müraciət etmək olar:
http://allianzgroup.az/conference
[email protected]
Tel.: (+99 412) 465 00 36/37, Mob.: (+99 455) 276 76 00.
Qeyd edək ki, APA İnformasiya Agentliyi beynəlxalq konfransın təşkilatçıları tərəfindən tədbirin rəsmi informasiya tərəfdaşı seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR