Bank Of Baku

110 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

110 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 16 noyabr 2009 15:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Sumqayıt şəhərində «Göyçay market»də, Gəncə şəhərində Turqay Məhərrəmova və Etibar Məmmədova məxsus ərzaq malları mağazalarında ümumi çəkisi 110 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, makaron məmulatları, bitki yağları, konservləşdirilmiş məhsullar, meyvə şirələri, sular, düyü, duz, çay, uşaq yeməkləri və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, ümumiyyətlə, cari ilin mayın 17-dən etibarən aparılan nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 57 hüquqi şəxsə 215,2 min manat, 610 fiziki şəxsə 911,8 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR