Bank Of Baku

Avropa İttifaqının «GSP+» proqramı çərçivəsində Azərbaycanın regionlarında da maarifləndirmə tədbirləri keçiriləcək

Avropa İttifaqının «GSP+» proqramı çərçivəsində Azərbaycanın regionlarında da maarifləndirmə tədbirləri keçiriləcək
# 18 noyabr 2009 08:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa İttifaqının «Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+» Proqramına (GSP+) dair maarifləndirmə tədbirləri Azərbaycanın regionlarında da keçiriləcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan İqtisadi İnkişaf Nazirliyi xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov bildirib.

Onun sözlərinə görə, bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Avropa İttifaqının «İqtisadi İnkişaf Nazirliyinə dəstək Layihəsi»nin birgə təşkilatçılığı ilə «Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları» mövzusunda seminar keçirilib: «Analoji tədbirlər noyabrın 20-də Sumqayıtda, noyabrın 23-də Gəncədə, noyabrın 25-də isə Qubada keçiriləcək. Gələn ilin ilk rübü ərzində isə bu tədbirlərin Naxçıvan, Şəki və Lənkəranda da keçirilməsi nəzərdə tutulub».

B.Alışov onu da qeyd edib ki, hazırda Azərbaycan xarici ölkələrə ixrac etdiyi məhsullara görə çox yüksək rüsumlarla üzləşir. Lakin «GSP+» proqramı Avropa İttifaqı ölkələrinə ixrac rüsumlarını aşağı səviyyəyə, həmçinin 0% dərəcəsinə endirmək imkanı yaradır: «Bu məqsədlə biz Azərbaycan sahibkarları üçün bu istiqamət üzrə maarifləndirmə işlərini həyata keçirməyə başlamışıq».

Qeyd edək ki, Azərbaycanın «GSP+» proqramına daxil edilməsi Azərbaycan üçün 7 200 mal mövqeyi üzrə Avropa İttifaqı bazarlarına güzəştli şərtlərlə ixrac imkanı yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR