Bank Of Baku

Azərbaycan ÜTT ölkələrinin suallarını cavablandırır

Azərbaycan ÜTT ölkələrinin suallarını cavablandırır
# 18 noyabr 2009 10:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olma prosesinə dair işləri davam etdirir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan İqtisadi İnkişaf Nazirliyi xarici ticarət siyasəti və ÜTT şöbəsinin müdiri Bəxtiyar Alışov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ÜTT-yə üzv olmasına dair sonuncu – VII iclas cari ilin iyul ayında keçirilib ki, həmin iclasda bir sıra ölkələrin Azərbaycan tərəfinə ÜTT-yə üzv olmasına dair öz suallarını göndərməli idi: «Biz bu sualları sentyabr ayında almışıq və yalnız ABŞ öz suallarının göndərilməsində bir qədər ləngiyərək sualları Azərbaycana bu yaxınlarda göndərib. Suallar müvafiq qurumlara göndərilib və cavablandırıldıqdan sonra ÜTT-nin katibliyinə təqdim olunacaq. Bundan sonra isə VIII iclasın keçirilməsi planlaşdırılır».

Qeyd edək ki, 1997-ci ildə Azərbaycan ÜTT-də müşahidəçi statusu alıb və artıq 2009-2010-cu ildə bu təşkilata üzv ola bilər. Ümumilikdə 153 ölkə ÜTT-nin üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR