Bank Of Baku

Azərbaycanın üç şirkəti beynəlxalq müsabiqədə qalib gəlib

Azərbaycanın üç şirkəti beynəlxalq müsabiqədə qalib gəlib
# 18 noyabr 2009 14:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura tərəfindən MDB ölkələri arasında keçirilən müsabiqənin nəticələrinə əsasən, Azərbaycanın üç istehsal müəssisəsi ayrı-ayrı kateqoriyalar üzrə birinci yerə layiq görülüb.

«APA-Economics»in məlumatına görə, bununla bağlı bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) mətbuat konfransı keçirilib.

Konfransda çıxış edən komitənin texniki tənzimlənmə və sertifikatlaşdırma şöbəsinin müdiri Sadiq Abdullayev bildirib ki, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən müsabiqəyə Azərbaycanın istehsalatla məşğul olan dörd şirkəti qatılıb. Beş nominasiya üzrə keçirilən müsabiqədə birinci nominasiya üzrə ilk yerə Azərbaycanın plastik boru istehsalı ilə məşğul olan «NJT2000» müəssisəsi, ikinci nominasiya üzrə birinci yerə «Gazelle» kosmetika şirkəti, üçüncü nominasiya üzrə ilk yeri isə «Qafqaz Konserv Zavodu» tutub.

S.Abdullayevin sözlərinə görə, iki ildən bir keçirilən müsabiqədə bütün istehsal yönümlü şirkətlər öz xidmət və məhsullarını təqdim edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR