Bank Of Baku

Gələn ilin I rübündə Azərbaycanda istehsal müəssisələri üzrə «Milli müsabiqə» keçiriləcək

Gələn ilin I rübündə Azərbaycanda istehsal müəssisələri üzrə «Milli müsabiqə» keçiriləcək
# 18 noyabr 2009 14:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) 2010-cu ilin I rübündə Azərbaycanda fəaliyyət göstərən istehsal yönümlü müəssisələr üzrə «Milli müsabiqə» keçirəcək.

«APA-Economics»in məlumatına görə, bunu komitənin texniki tənzimlənmə və sertifikatlaşdırma şöbəsinin müdiri Sadiq Abdullayev bildirib.

S.Abdullayevin sözlərinə görə, hazırda bu məsələ ilə bağlı komitə daxili müzakirələr aparılır. Bir sıra təkliflər hazırlanır ki, həmin təkliflər yekunlaşdıqdan sonra Nazirlər Kabinetinə təqdim olunacaq. Hökumətin qəbul etdiyi qərardan sonra komitə təşkilati yönümlü işlərin icrasına başlayacaq.

S.Abdullayevin sözlərinə görə, bu müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanda istehsal olunan məhsulların rəqabət imkanlarının artırılması, ixrac yönümlü məhsulların istehsalı və yerli sənayenin təşviqindən ibarətdir.

Qeyd edək ki, müsabiqədə yalnız yerli şirkətlər iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR