Bank Of Baku

Azərbaycan hökuməti idxal rüsumlarının dərəcələrinə dəyişiklik edib

Azərbaycan hökuməti idxal rüsumlarının dərəcələrinə dəyişiklik edib
# 19 noyabr 2009 07:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri»ndə dəyişiklik edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Nazirlər Kabinetinin qərarı ilə «Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri»ndə 85-ci mal qrupunda «8539 90 100 0» mal mövqeyinə aid olan (lampalar üçün sokollar) sətrin 4-cü sütununda «0,5» tarif dərəcəsi «15» tarif dərəcəsi ilə əvəz edilib.

Yeni tarif dərəcəsi dekabrın 13-dən qüvvəyə minəcək.

Qeyd edək ki, «Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri» Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında» qərarına əlavədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR