Bank Of Baku

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi son bir ildə 9% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi son bir ildə 9% artıb
# 19 noyabr 2009 11:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda pərakəndə ticarət və iaşə şəbəkələri üzrə əmtəə dövriyyəsinin həcmi 9,5 mlrd. manat və ya 2008-ci ilin müvafiq dövrünə nisbətən 8,7% çox olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövrü üzrə pərakəndə əmtəə dövriyyəsinin ümumi həcminin 15,5%-i hüquqi şəxslərin, 42,5%-i hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 42%-i yarmarka və bazarların payına düşüb və 2008-ci ilin on ayı ilə müqayisədə sahələr üzrə artım sürəti müvafiq olaraq 5,5%, 16,6% və 2,8%-ə bərabər olub.

Əhalinin istehlak bazarından aldığı əmtəələrin 64,8%-ni və ya 6,150 mlrd. manatını ərzaq məhsulları, 35,2%-ni (3 339,1 mln. manatını) qeyri ərzaq malları təşkil edib və onların real həcmi uyğun olaraq 10,6% və 4,3% artıb.

Hesabat dövründə əhaliyə 262,2 mln. manatlıq və ya 2008-ci ilin eyni dövründəkindən 16,5% çox iaşə xidmətləri göstərilib. Özəl iaşə müəssisələri üzrə dövriyyənin real həcmi 18,8% artaraq 252,5 mln. manat olub. Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində iaşə müəssisələrinin dövriyyəsi 2,8%-i təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR