Bank Of Baku

«Twinning» layihəsi rəhbər komitəsinin standartlaşdırma məsələləri üzrə iclası keçirilib

«Twinning» layihəsi rəhbər komitəsinin standartlaşdırma məsələləri üzrə iclası keçirilib
# 19 noyabr 2009 15:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) «Standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiyası sahələrində imkanların gücləndirilməsi» üzrə «Twinning» layihəsi rəhbər komitəsinin bu il üçün son iclası keçirilib. Bu barədə «APA-Economics»ə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

İclasda çıxış edən SMPDK-in texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Sabiq Abdullayev bildirib ki, Avropa ekspertləri ilə birlikdə keyfiyyət infrastrukturunu əhatə edən çərçivə layihəsi üzərində işlənib, bir sıra sahələr üzrə fakt-araşdırıcı missiya həyata keçirilib.

İclasda həmçinin bildirilib ki, hazırda Dövlət Komitəsində «Akkreditasiya haqqında» qanun layihəsi üzərində iş gedir. Bundan başqa «Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında» qanunun təkmilləşdirilməsi məqsədilə əlavə və dəyişikliklər hazırlanır. «Texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi haqqında» qanun layihəsinin Milli Məclisdə müzakirəsi gözlənilir.

Ötən 3 ay ərzində əldə olunmuş nailiyyətlərdən biri isə İSO:17025 – kalibrləmə laboratoriyalarına ümumi tələblər standartının Azərbaycan standartı kimi qəbul edilməsidir.

Metrologiya sahəsinə gəldikdə isə bildirilib ki, Twinning layihəsi çərçivəsində alınacaq metroloji avadanlıqların Azərbaycana gətirilməsi, quraşdırılması prosesi gələn ilin 15 aprel tarixinə kimi yekunlaşacaq.

İclasın sonunda 3 aylıq hesabat təsdiqlənib.

Qeyd edək ki, Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilən «Twinning» layihəsinin məqsədi Azərbaycanda keyfiyyət infrastrukturu sisteminin Avropa Birliyinin tələblərinə uyğunlaşdırmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR