Bank Of Baku

Bakı və Gəncə şəhərlərində daha bir yararsız ərzaq partiyası aşkarlanıb

Bakı və Gəncə şəhərlərində daha bir yararsız ərzaq partiyası aşkarlanıb
# 19 noyabr 2009 16:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, keçirilən monitorinq zamanı Bakının Xətai rayonunda «Kənan market»də, «Bizim market»də, «Metro market»də, Vüqar İmanova və Mircanəli Heydərliyə məxsus mağazalarda, Nizami rayonunda «Raul market»də, Sumqayıt şəhərində Famin Rəhimova məxsus ərzaq mağazasında, Dəvəçi şəhərində «Emil market»də, Gəncə şəhərində Nuru Orucova və Arif Məmmədova məxsus ərzaq malları mağazalarında ümumi çəkisi 330 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, makaron məmulatları, bitki yağları, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, pivə, meyvə şirələri, sular, düyü və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, ümumiyyətlə, cari ilin mayın 17-dən etibarən aparılan nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 57 hüquqi şəxsə 215,2 min manat, 614 fiziki şəxsə 917,8 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR