Bank Of Baku

Bakıda «Sahibkarlar üçün sanitariya və gigiyena qaydaları» təlimatının təqdimatı keçirilib

Bakıda «Sahibkarlar üçün sanitariya və gigiyena qaydaları» təlimatının təqdimatı keçirilib
# 20 noyabr 2009 10:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) «Sahibkarlar üçün sanitariya və gigiyena qaydaları» təlimatının təqdimatı keçirilib. «APA-Economics»in bildirdiyinə görə, tədbirdə çıxış edən ASK-nın sədri Məmməd Musayev bildirib ki, təlimat sənədi Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən bəyənilib. Metodiki tövsiyələrin hazırlanmasında məqsəd istehsalat və ticarətlə məşğul olan sahibkarlar, QHT-lər, şirkətlər, eləcə də digər təşkilatlar arasında əlaqə yaratmaqdan ibarətdir.

«Son illər dünyada yayılan H5N, «quş qripi», AH1N1 «donuz qripi» kimi xəstəliklərlə mübarizə sahəsində bu təlimatların sahibkarlar tərəfindən mənimsənilməsi məqsədəuyğundur», - deyə M.Musayev vurğulayıb.

Təlimatın müəllifi Maqsud Qasımov isə kitabla bağlı məlumat verib. M.Qasımov bildirib ki, bu gün sahibkarların üzləşdiyi əsas problemlərdən biri də onların sanitar-gigiyena qaydalarını bilməmələri və riayət etməmələridir.

Qeyd edək ki, təqdimat mərasimində dövlət və hökumət təşkilatları, QHT-lər və Azərbaycanda fəaliyyət göstərən bir sıra şirkətlərin nümayəndələri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR