Bank Of Baku

Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsi «Azenco» ASC-nin özəlləşdirilməsi ilə bağlı investisiya müsabiqəsi elan edib

Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsi «Azenco» ASC-nin özəlləşdirilməsi ilə bağlı investisiya müsabiqəsi elan edib
# 23 noyabr 2009 10:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) «Azenco» ASC-nin özəlləşdirilməsi ilə bağlı investisiya müsabiqəsi elan edib.

Bu barədə «APA-Economics»ə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Əsas fəaliyyət növü enerji obyektlərinin, bina və qurğularının tikintisi, quraşdırılması, sazlanması, əsaslı və cari təmiri olan səhmdar cəmiyyətinin özəlləşdirilməsi ilə bağlı elan edilən investisiya müsabiqəsində yerli və xarici investorlar iştirak edə bilər.

Bakı şəhərində yerləşən, 1938-ci ildə istismara verilmiş, 7009 işçisi olan səhmdar cəmiyyətinin investisiya müsabiqəsinə nizamnamə kapitalının 97,54%-ni təşkil edən 3,33 mln. səhmi çıxarılıb. İnvestisiya müsabiqəsinə çıxarılmış səhmlərin ümumi nominal dəyəri 6,66 mln. manat təşkil edir.

Müsabiqədə iştirak etmək üçün investorlar müəssisənin mövcud fəaliyyətinin beynəlxalq və müasir tələblər səviyyəsində yenidən qurulması və təkmilləşdirilməsinə dair bir sıra şərtləri özündə cəmləşdirən, investisiya qoyuluşlarının istiqamətləri, məbləği və müddətləri göstərilməklə İnvestisiya Proqramını təqdim etməlidirlər. Təqdim olunacaq İnvestisiya Proqramında beynəlxalq tələblərə cavab verən qabaqcıl texnologiyaların və avadanlıqların alınması, göstərilən iş və xidmətlərin səviyyəsinin yüksəldilməsi və müasir standartlara uyğunlaşdırılması, müəssisənin ərazisinin abadlaşdırılması kimi məsələlər də öz əksini tapmalıdır.

İddiaçılar həmçinin dövlət büdcəsinə ödəniləcək 6 mln. 400 min manat və vəsaitdən və komitəyə təqdim olunacaq 100 min dövlət özəlləşdirmə çekindən az olmamaq şərti ilə müvafiq təkliflər verməlidirlər. Xarici investorlar təklif edəcəkləri dövlət özəlləşdirmə çeklərinin sayına müvafiq dövlət özəlləşdirmə opsionlarını da təqdim etməlidirlər.

Müsabiqənin qalibi səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən 90 təqvim günü müddətində səhmdar cəmiyyətinin əmək haqqı və onlara bərabər tutulan borcları üzrə ödənişlərin həyata keçirilməsi, 120 təqvim günü müddətində təklif etdiyi pul vəsaitinin dövlət büdcəsinə köçürülməsi, 30 təqvim günü müddətində müvafiq sayda özəlləşdirmə çeklərini (xarici investor olduqda həm də özəlləşdirmə opsionlarını) təqdim etməlidir. Həmçinin İnvestisiya Proqramı ilə müəyyən edilmiş investisiyanın ümumi həcminin 5 faizinə qədər hissəsi pul vəsaiti şəklində 90 təqvim günü müddətində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürməlidir.

Müsabiqədə iştirak etmək üçün ərizə və təkliflərin qəbulu dekabrın 21-dək, müsabiqə komissiyası tərəfindən təkliflərin qiymətləndirilməsi isə dekabrın 23-dən başlayaraq həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR