Bank Of Baku

Böyük Britaniyanın ticarət nümayəndələrinin Azərbaycana ikinci səfəri ilə bağlı konfrans keçirilib

Böyük Britaniyanın ticarət nümayəndələrinin Azərbaycana ikinci səfəri ilə bağlı konfrans keçirilib
# 23 noyabr 2009 10:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Böyük Britaniyanın ticarət nümayəndələrinin Azərbaycana ikinci səfəri ilə bağlı konfrans keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı, istehsal yönümlü bir sıra şirkətlər, eyni zamanda Böyük Britaniyanı təmsil edən maliyyə qurumları və digər şirkətlər iştirak edib.

Konfransda çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolin Braun bildirib ki, bir sıra Avropa ölkələri ilə əməkdaşlıq etməsi Azərbaycanın dünyada tanınmasında böyük əhəmiyyət kəsb edir: «Azərbaycanda fəaliyyət göstərən Britaniya şirkətləri yerli şirkətlərlə yüksək səviyyədə əməkdaşlıq edir. Bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bu tədbirin xüsusi rolu olacaq».

K.Braunun sözlərinə görə, qarşılıqlı əməkdaşlıq sahəsində bir sıra sahələr mühüm istiqamətlər hesab olunur: “Bunlara enerji təhlükəsizliyi sahəsində araşdırmaların aparılması, neft, qaz ixracında təhlükəsizliyin təmin olunması, eyni zamanda terrorla bağlı preventiv tədbirlərin görülməsi üçün hadisənin qarşısının alınması istiqamətində müəyyən tədbirlərin görülməsi və s. kimi məsələlər aiddir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR