Bank Of Baku

Gəncədə “Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları" mövzusunda seminar keçirilib

Gəncədə “Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları" mövzusunda seminar keçirilib
# 23 noyabr 2009 13:14 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncədə yerli sahibkarlar üçün “Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları" mövzusunda seminar keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, seminarda Azərbaycanda yaradılan əlverişli biznes mühiti və ölkənin ixrac potensialı barədə məlumat verilib, qeyri-neft məhsullarının xarici bazarlara çıxarılmasında “Ümumiləşdirilmiş preferensiyalar sistemi+” proqramının əhəmiyyətindən danışılıb. Tədbirdə qeyd edilib ki, 2009-cu ilin yanvarından etibarən Azərbaycan Avropa İttifaqının “Ümumiləşdirilmiş preferensiyalar sistemi+” Proqramına qoşulub. "GSP+" proqramının tətbiqi Azərbaycan məhsullarının xarici bazarlara ixracının asanlaşdırılması və ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası baxımından vacibdir. Ölkəmizin “GSP+” proqramına daxil edilməsi Azərbaycan üçün təqribən 7200 mal mövqeyi üzrə Avropa İttifaqı bazarlarına güzəştli şərtlərlə ixrac imkanı yaradır. Tədbirdə iştirak edən qırğız mütəxəssis Dil Kalaşov az maliyyə vəsaiti sərf edərək xarici bazarlara məhsul çıxarmaqla biznesi genişləndirmək üsulları üzərində işlədiklərini bildirib. Qeyd edək ki, “Ümumiləşdirilmiş preferensiyalar aistemi+” (GSP+) proqramı ilə bağlı sahibkarların məlumatlandırılmasının əhəmiyyətini nəzərə alaraq 2010-cu ildə digər regionlarda da bu cür seminarların keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR