Bank Of Baku

Bu il Azərbaycanın uzaq xarici dövlətlərlə ticarət dövriyyəsində müsbət, MDB ölkələri ilə ticarət dövriyyəsində isə mənfi saldo yaranıb

Bu il Azərbaycanın uzaq xarici dövlətlərlə ticarət dövriyyəsində müsbət, MDB ölkələri ilə ticarət dövriyyəsində isə mənfi saldo yaranıb
# 23 noyabr 2009 15:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın uzaq xarici dövlətlərlə ticarət dövriyyəsində 6 827 125,6 min ABŞ dolları müsbət saldo, MDB ölkələri ilə ticarət dövriyyəsində isə 222 766,8 min dollar mənfi saldo yaranıb. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Hesabat dövründə Azərbaycandan uzaq xarici dövlətlərə 10 236 459,4 min dollar (ümumi ixraca nisbətən 88,54%), MDB ölkələrinə isə 1 324 524,5 min dollar (ümumi ixraca nisbətən 11,46%) dəyərində mal ixrac edilib. İdxal isə müvafiq olaraq 3 409 333,8 min dollar və 1 547 291,3 min dollar təşkil edib.

Hesabat dövründə Azərbaycanın ixracatında əsas yeri İtaliya (25,51%), ABŞ (11,85%), Fransa (8,80%), idxalında isə Rusiya (18,04%), Türkiyə (14,58%) və Almaniya (9,46%) tutub.

Qeyd edək ki, cari ilin hesabat dövründə Azərbaycanda xarici ticarətlə 8 345 hüquqi və fiziki şəxs məşğul olub. İxrac əməliyyatlarında dövlət sektorunun payı 93,33%, özəl sektorun payı 5,82%, fiziki şəxslərin payı 0,85% təşkil edib. İdxal əməliyyatlarında isə bu göstərici müvafiq olaraq 32,13%, 63,03% və 4,84% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR