Bank Of Baku

«East Capital» investisiya fondunun nümayəndələri Azərbaycana gələcək

«East Capital» investisiya fondunun nümayəndələri Azərbaycana gələcək
# 24 noyabr 2009 08:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il noyabr ayının sonunda İsveçin «East Capital» investisiya fondunun nümayəndələri Bakıya səfər edəcək.

ADA Şirkətlər Qrupundan «APA-Economics»ə verilən məlumata görə, səfərin əsas məqsədi ADA Şirkətlər Qrupu ilə tanışlıq və əməkdaşlıq imkanlarının araşdırılmasıdır. Son dövrlərdə ərzaq sektorunun daha da cəlbedici olması Fondun bu sahəyə marağını artırıb.

Qeyd edək ki, ADA Şirkətlər Qrupu ölkənin 3 böyük şəhərində fəaliyyət göstərən «Almalı» mağazalar şəbəkəsinin sahibidir. Qrupun əsas səhmdarlarından biri Beynəlxalq Maliyyə Korporasiyasıdır (IFC).

Xatırladaq ki, «East Capital» Avropanın ən böyük investisiya fondlarından biridir. Hazırda Fond Tiflisdəki «Populi» supermarketlər şəbəkəsinin iri səhmdarlarından biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR