Bank Of Baku

Noyabrın 26-da Hindistan-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək

Noyabrın 26-da Hindistan-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək
# 24 noyabr 2009 10:33 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. 2008-2009-cu illərdə Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsinin həcmi 222,27 milyon dollar təşkil edib. APA-nın Hindistan hökumətinin informasiya bürosuna istinadən yaydığı məlumata görə, bu müddətdə Hindistandan Azərbaycana dərman preparatları, əczaçılıq məhsulları, texnika, zərgərlik məmulatları, Azərbaycandan Hindistana isə xam neft və neft məhsulları, üzvi və qeyri-üzvi kimyəvi maddələr, əlvan metallar ixrac edilib. İki ölkə arasında ticarət münasibətlərinin genişləndirilməsi məsələsi noyabrın 26-da Dehlidə keçiriləcək Hindistan-Azərbaycan hökumətlərarası komissiyasının iclasında əsas müzakirə mövzusu olacaq. Bundan başqa iclasda müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə ediləcək. Qeyd edək ki, hökumətlərarası komissiyaya Azərbaycanın ekologiya və turizm naziri Hüseynqulu Bağırov və Hindistanın ticarət və sənaye naziri Cotiraditya Sindia həmsədrlik edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR