Bank Of Baku

Sumqayıt Üst Trikotaj Fabrikinin bazasında yaradılmış “İntertekstil” ASC-də aparılan yenidənqurma işləri yekunlaşır

Sumqayıt Üst Trikotaj Fabrikinin bazasında yaradılmış “İntertekstil” ASC-də aparılan yenidənqurma işləri yekunlaşır
# 25 noyabr 2009 08:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın Sumqayıt şəhərində keçmiş Üst Trikotaj Fabrikinin bazasında yaradılmış “İntertekstil” ASC-də aparılan yenidənqurma işləri yekunlaşır. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd edək ki, müəssisənin istehsal korpusu yenidən qurulub. Korpusda müasir texnologiyaya malik yeni pambıq iplik əyirici avadanlıqlar quraşdırılıb, sazlama işləri başa çatdırılıb. Avadanlıqların sutkalıq gücü 15-16 ton pambıq ipliyidir.

Quraşdırılmış avadanlıqlar əsasən Almaniya, İngiltərə və İtaliya istehsalıdır. Müəssisədə kompressor qurğusunun yerləşdirilməsi üçün əlavə yer, yeni xammal qəbulu və hazır məhsul anbarı, yeni elektrik transformator stansiyası, qazanxana tikilib. İstehsal korpusunun fasad hissəsi alkopan materialı ilə üzlənib, kommunikasiya xətləri yenilənib. Müəssisənin daxili hissəsində abadlaşdırma işlərinə başlanılıb, əraziyə asfalt örtüyü salınıb. Qazanxana üçün alınan avadanlıqların quraşdırılmasına yaxın vaxtlarda başlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR