Bank Of Baku

Azərbaycanda “İnsan kapitalı. Dövlət. Biznes” mövzusunda I beynəlxalq konfrans keçirilir

Azərbaycanda “İnsan kapitalı. Dövlət. Biznes” mövzusunda I beynəlxalq konfrans keçirilir
# 25 noyabr 2009 11:27 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu gün Azərbaycan paytaxtında “Allianz Group” konsaltinq şirkətinin təşəbbüsü ilə “İnsan kapitalı. Dövlət. Biznes” mövzusunda I beynəlxalq konfrans işə başlayıb.

APA-Economics”in məlumatına görə, konfransın tərəfdaşları qismində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi və “Access Bank” çıxış edir.

Konfransda çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə RİTN tərəfindən kadrların hazırlanması və insan resurslarının inkişafına böyük əhəmiyyət verildiyini bildirib: “Biz İKT sahəsi üzrə mütəxəssisləri onlar ali məktəbdə oxuyarkən izləyir və dəstəkləməyə başlayırıq. Bu məqsədlə nazirlik bir sıra olimpiadalar keçirir, seçilən tələbələrə maddi dəstək göstərir, artıq ali təhsil almış mütəxəssisləri müvafiq işlə təmin edir və təhsillərini magistraturada davam etdirmək istədikləri halda, onlara xaricdə təhsillərini davam etdirmək şəraiti yaradır. Bütün bunlar RİTN-in kadrların hazırlanması və insan resurslarının inkişaf etdirməsi prosesinə nə dərəcədə böyük diqqət yetirdiyinin bir daha sübut edir”.

Tədbir çərçivəsində Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli “Milli insan kapitalının inkişafı. Dünyəvi tendensiyalar. İnsan kapitalının inkişafı sahəsində Azərbaycanın dövlət siyasəti”, Rusiyanın “Mobil TeleSistemlər” şirkətinin korporativ universitet departamentinin direktoru Marina Derevlyova “Böhran vəziyyətində tədris və inkişaf – israf, yoxsa biznesin obyektiv tələbatıdır? Təhsilin yeni formaları, şirkətin əsas prioritetləri” mövzusunda, Rusiyanın “Kadr ehtiyatı - ölkənin peşəkar komandasıdır” milli layihəsinin koordinatoru, “Bi to Be” konsaltinq qrupunun elmi rəhbəri Natalya Borovikova eyni adlı məruzə ilə çıxış edib.

Eyni zamanda tədbir çərçivəsində “Texnosila” elektron və məişət texnologiyası mağazalar şəbəkəsi, Latviyanın “In Form Network” şirkəti, ABŞ-ın “Profiles International”, Qazaxıstanın “Air-Astana”, “Bank Delta Credit - Societe General Group” (Rusiya/Fransa) nümayəndələri məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, konfransın proqramı 10 məruzə, 5 master-klass və 4 dəyirmi masadan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR