Bank Of Baku

«Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları» mövzusunda seminar keçirilib

«Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları» mövzusunda seminar keçirilib
# 25 noyabr 2009 13:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Qubada Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Avropa İttifaqının «İqtisadi İnkişaf Nazirliyinə Dəstək Layihəsi»nin birgə təşkilatçılığı ilə «Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları» mövzusunda seminar keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycan sahibkarları ilə yanaşı ölkənin İqtisadi İnkişaf, Kənd Təsərrüfatı, Sənaye və Energetika nazirliklərinin, Dövlət Gömrük Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Sahibkarlar Konfederasiyası və digər qurumların nümayəndələri də iştirak edib.

Qeyd edək ki, analoji tədbirlər artıq Bakı, Sumqayıt və Gəncə şəhərlərində keçirilib və yaxın gələcəkdə Lənkəran, Şəki, Naxçıvan və digər regionlarda keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, cari ilin yanvar ayından etibarən Azərbaycan Avropa İttifaqının «Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+» Proqramına («GSP+») qoşulub. Layihənin əsas məqsədi Azərbaycanda qeyri-neft sektorunun inkişafına dəstək olmaq və ölkənin ixrac potensialını artırmaqdır. Bu proqram vasitəsilə Azərbaycan sahibkarları məhsullarını Avropa İttifaqı ölkələrinə aşağı faiz dərəcələri ilə, həmçinin 0% dərəcəsi ilə ixrac etmək imkanı əldə edə biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR