Bank Of Baku

Azərbaycanın şimal bölgəsində istehsal olunan meyvə-tərəvəz məhsulları MDB və Avropa bazarlarına çıxarılacaq

Azərbaycanın şimal bölgəsində istehsal olunan meyvə-tərəvəz məhsulları MDB və Avropa bazarlarına çıxarılacaq
# 25 noyabr 2009 23:44 (UTC +04:00)
Xaçmaz. Könül Abdullayeva – APA. Quba-Xaçmaz meyvəçilərini narahat edən əsas problem - məhsulun satışındakı çətinlik dövlət səviyyəsində aradan qaldırılacaq.

APA-nın şimal bürosunun xəbərinə görə, artıq bir neçə MDB respublikası meyvə almaq üçün şimal rayonları ilə danışıqlara başlayıb. Məhsulun Avropa bazarlarına ixrac edilməsinə Avropa İttifaqı tərəfindən də köməklik göstəriləcək.

Qeyd edək ki, şimal rayonlarında meyvə istehsalı ilə məşğul olan fermerlərin əsas problemi məhsulun satışı ilə bağlıdır. İstehsalçı əsasən qonşu Rusiya bazarına çıxmağa çalışır. Amma maliyyə xərcləri sarıdan heç də bütün təsərrüfatçılar xarici bazara çıxa bilmir. Lakin problem artıq həll olunmaq üzrədir.

Xaçmaz rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Rafiq Tağıyev APA-nın şimal bürosuna bildirib ki, şimal rayonlarında becərilən meyvə və tərəvəz məhsullarını almaq məqsədilə Belarus və Qazaxıstan respublikaları artıq danışıqlar aparır. Bu ölkələrin müvafiq idarələrinin, eləcə də Azərbaycandakı səfirliklərinin nümayəndələri Xaçmazda görüşlər keçirməyə başlayıb. Hazırda danışıqlar davam etdirilir.

Bu arada Azərbaycan sahibkarlarının Avropa bazarlarına çıxışına Avropa İttifaqı da dəstək nümayiş etdirib. Artıq Avropa bazarlarına güzəştli şərtlərlə ixrac imkanı qazanan 16 ölkədən biri də Azərbaycandır. “Avropa İttifaqının İqtisadi İnkişaf Nazirliyinə Dəstək Layihəsi” çərçivəsində 7 min çeşiddə məhsul güzəştli şərtlərlə Avropa bazarlarında satışa çıxarılacaq. Bunu APA-ya İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Bəxtiyar Alışov deyib. Nazirlik rəsmisi artıq bu istiqamətdə məlumatların yayılması üçün regionlarda sahibkarlar üçün seminarlar keçirildiyini söyləyib. Qubada keçirilən seminarda ixrac prosesində zəruri olan tələblər barəsində məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR