Bank Of Baku

Hindistanın əczaçılıq şirkətlərinin nümayəndələri Azərbaycana gələcək

Hindistanın əczaçılıq şirkətlərinin nümayəndələri Azərbaycana gələcək
# 26 noyabr 2009 08:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Hindistan Farmasevtik Preparatların İxracına Yardım Şurasının (Pharmexcil) nümayəndə heyəti gələn ilin yanvar ayında Azərbaycana gələcək. «APA-Economics»in xəbərinə görə, bu barədə Şuranın yaydığı məlumatda bildirilib.

Müxtəlif şirkətlərdən 25 nəfərin təmsil olunacağı nümayəndə heyəti Azərbaycandan olan həmkarları ilə görüşlər keçirərək əməkdaşlıq məsələlərini müzakirə edəcək. Hindistan nümayəndə heyətinin Azərbaycan Səhiyyə Nazirliyinin rəsmiləri ilə görüşləri də nəzərdə tutulur.

Hindistan nümayəndə heyəti Azərbaycandan sonra Ukrayna və Moldovaya da səfər edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR