Bank Of Baku

Bu il Azərbaycanda 25 dönərxana bağlanıb

Bu il Azərbaycanda 25 dönərxana bağlanıb
# 26 noyabr 2009 12:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Dönərxanalarda həddindən artıq problem var. Əsas problem isə antisanitariyadır”. Bu sözləri APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyib. Onun sözlərinə görə, təmsil etdiyi qurum dönərxanaların fəaliyyəti ilə bağlı il ərzində iki dəfə araşdırma aparır. Növbəti araşdırma isə yeni ilin ilk günlərində başlayacaq: “İl ərzində Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 2000-dən çox cərimə tətbiq edilir, onların təxminən 20-30 faizi dönərxanaların payına düşür. İl ərzində 25-ə yaxın dönərxananın bağlanması ilə bağlı qərar verilib. Lakin bununla, problemin qarşısını tam almaq mümkün deyil”.

İ. Abdullayev deyib ki, antisanitariya ilə yanaşı, dönər ətinin mənşəyi də problem yaradan səbəblərdəndir: “Bir var bütün sanitar normalara əməl etməklə dönər ətini hazırlayasan, bir də var ki, hansısa zirzəmidə aparat qurub dönər ətini şişə taxasan. Dönərxanaların əksəriyyətində satış yerlərində lazımi şərait yoxdur. Onların bir qismi lisenziyasız fəaliyyət göstərir. Tutaq ki, hansısa kafenin lisenziyası var, qərara gəlir ki, bir dönər yeri də açsın. Amma bu halda həmin dönərxananın lisenziyası olmur. Biz səlahiyyətimiz daxilində sanksiyalar tətbiq edirik. Amma hər dönərxananın yanına bir adam qoymaq imkanımız yoxdur. Ümumiyyətlə, ticarət və iaşə müəssisələri ilə bağlı qanunvericilikdə boşluqlar var”.

Şöbə müdirinin sözlərinə görə, tətbiq edilən cərimələrin azlığı bu sahədə yaranan problemlərin qarşısını almağa mane olur: “Biz dönərxanaları 100-200 manat civarında cərimə edə bilirik. Bu isə problemin qarşısını almaq üçün çox cüzi məbləğdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR