Bank Of Baku

Qurban bayramı ilə əlaqədar Azərbaycanda ət satışı bazarında monitorinqlər keçirilir

Qurban bayramı ilə əlaqədar Azərbaycanda ət satışı bazarında monitorinqlər keçirilir
# 26 noyabr 2009 12:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti Qurban bayramı ilə əlaqədar ət satışı bazarında monitorinqlərin keçirilməsinə başlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, noyabr ayının 27-28-də müsəlman aləmində, o cümlədən Azərbaycanda qeyd ediləcək Qurban bayramı ilə əlaqədar olaraq əhalinin iri və xırda buynuzlu heyvanlara tələbatı artır. Bunu nəzərə alaraq ötən həftədən etibarən İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti ət satışı məntəqələrində gündəlik monitorinqlərə başlayıb. Paytaxt rayonlarında, eləcə də bir sıra şəhər və rayonlarda indiyədək keçirilmiş monitorinqlər zamanı satışda olan ətin qiymətində hər hansı dəyişiklik qeydə alınmayıb.

İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti monitorinqləri bayram günlərində də davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR