Bank Of Baku

Saxlama müddəti ötmüş 200 kiloqram ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 200 kiloqram ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 26 noyabr 2009 15:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, keçirilən monitorinq zamanı Bakı şəhərində Nəsimi rayonunda R.Axundov küçəsi, ev 25, mənzil 2 ünvanında Fərəc Rzayevə məxsus mağazada, Nizami rayonunda M.Şərifli küçəsi 84, mənzil 3 ünvanında Əhmədağa Əkbərova məxsus mağazada, Yasamal rayonunda Ş.Qurbanov küçəsi, ev 2/15 ünvanında Ramin Ağayevə məxsus «5 mərtəbə market»də, Azərbaycan prospekti 54 ünvanında Elçin Səbziyevə məxsus «Novxanı market»də, C.Cabbarlı küçəsi 13 ünvanında Elnur Əmrəliyevə məxsus «24 saat market»də, C.Cabbarlı küçəsi 16 ünvanında Gülbəniz Qocayevaya məxsus «Mobil market»də, S.Əsgərova küçəsi, ev 60 ünvanında Azad Davudova məxsus «Qalib market»də, Gəncə şəhərində H.Əliyev və Atatürk prospektlərinin kəsişməsində Rahil İsgəndərova məxsus «Sevimli Dad» ərzaq mağazasında, M.Bağırov küçəsində Narıngül Abdullayevaya məxsus «Hacıməlik market»də ümumi çəkisi 200 kiloqram olan saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, makaron məmulatları, yağlar, balıq və süd məhsulları, konservləşdirilmiş məhsullar, pivə, meyvə şirələri, sular və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR