Bank Of Baku

Azərbaycanda keçirilən lotereyaların sayı artıb

Azərbaycanda keçirilən lotereyaların sayı artıb
# 30 noyabr 2009 08:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk on ayı ərzində Azərbaycanda keçirilən lotereyaların sayı ötən ilin müvafiq dövrünə nisbətən artıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə «Azərlotereya» Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçirilən lotereya tirajlarının sayı 12-yə bərabər olub ki, bu da ötən ildəkindən 71,4% çoxdur.

Bundan başqa, yanvar-oktyabr aylarında 53 stimullaşdırıcı lotereya da keçirilib və ötən ilin analoji dövrü ilə müqayisədə stimullaşdırıcı lotereyaların sayı 23,3% artıb.

Ümumiyyətlə, keçirilən lotereyalar zamanı 5 qanun pozuntusuna yol verilib ki, bunun da nəticəsində 1 000 manat məbləğində cərimə tətbiq olunub. Hesabat dövründə cərimələrin sayı ötən ilə nisbətən dəyişilməz qalsa da, cərimələrin məbləği 0,5% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR