Bank Of Baku

Türkiyənin aparıcı ayaqqabı istehsalçısı Azərbaycanda nümayəndəlik açacaq

Türkiyənin aparıcı ayaqqabı istehsalçısı Azərbaycanda nümayəndəlik açacaq
# 01 dekabr 2009 07:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyənin aparıcı ayaqqabı istehsalçısı olan «Hangar Ayakkabı» şirkəti Azərbaycanda hazır məhsul satışını həyata keçirən rəsmi nümayəndəlik açmağı planlaşdırır. «APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu şirkətin İdarə Heyətinin sədri Alpaslan Səlcuq bildirib.

A.Səlcuq artıq Azərbaycanda rəhbərlik etdiyi şirkətin məsullarının satışını həyata keçirəcək obyekt üçün yer ayrıldığını qeyd edib.

Şirkət xaricdə ilk ayaqqabı satış mağazasını ötən ay Tiflisdə (Gürcüstan) açdıqlarını və 1 ay ərzində Gürcüstana 122 min dollar dəyərində mal ixrac etdiklərini bildirib. Hazırda şirkətin Türkiyəyə qonşu ölkələrdən Gürcüstan və İraqda satış mərkəzləri mövcuddur.

«Hangar Ayakkabı» şirkəti yaxın gələcəkdə İran və Ermənistan bazarlarına da çıxmağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR