Bank Of Baku

«Longines» şirkətinin prezidenti Azərbaycana gəlir

«Longines» şirkətinin prezidenti Azərbaycana gəlir
# 01 dekabr 2009 13:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İsveçrənin «Longines» şirkətinin prezidenti Valter Fon Könel bu gün Azərbaycana gələcək. Bu barədə «APA-Economics»ə VMF şirkətindən məlumat verilib.

Səfər çərçivəsində V. Fon Könel dekabrın 2-də Bakı şəhəri 28 May küçəsi,6 ünvanında şirkətin eksklüziv «Longines» butikinin açılış mərasimində iştirak edəcək. Həmçinin, sabah «Longines» butikinin açılışı münasibəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında «Min bir gecə» baleti nümayiş etdiriləcək.

Qeyd edək ki, İsveçrəyə məxsus «Longines» saat şirkəti 1832-ci ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR