Bank Of Baku

Sumqayıtda inşa olunan karton və kağız kombinatının xammal qəbulu korpusunda tikinti-quraşdırma işləri başa çatıb

Sumqayıtda inşa olunan karton və kağız kombinatının xammal qəbulu korpusunda tikinti-quraşdırma işləri başa çatıb
# 02 dekabr 2009 08:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. «Azərsun Holding» Şirkətlər Qrupunun Sumqayıtda inşa etdiyi karton və kağız kombinatının xammal qəbulu korpusunda tikinti-quraşdırma işləri başa çatdırılıb. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Hazırda müəssisənin emal sahəsi inşa edilir. Tikinti-quraşdırma işlərinə ümumilikdə 80 nəfər işçi cəlb olunub. Qeyd edək ki, Azərbaycan Karton və Kağız İstehsalatı Kombinatının gündəlik istehsal gücü 240 ton olacaq. İstehsal maşınlarının orta sürəti dəqiqədə 350-500 metr olmaqla fasiləsiz iş rejimində işləyəcək.

Qeyd edək ki, hazırda Sumqayıtda bir neçə sənaye sahəsində tikinti-quraşdırma işləri aparılır. Bunlara iplik istehsalı müəssisəsi “İntertekstil” ASC, “Xovlu İplik” ASC, elektrik naqilləri və kabellər istehsal edəcək “Sumqayıt Texnologiyalar Parkı” və “Təmizləyici qurğu” daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR