Bank Of Baku

İsveçrənin «Longines» saat şirkəti Cənubi Qafqazdakı ilk butikini Bakıda açıb

İsveçrənin «Longines» saat şirkəti Cənubi Qafqazdakı ilk butikini Bakıda açıb
# 02 dekabr 2009 15:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İsveçrənin «Longines» saat şirkəti Cənubi Qafqazdakı ilk butikini bu gün Bakıda açıb. APA »in məlumatına görə, açılış mərasimində «Longines» şirkətinin prezidenti Valter Fon Könel, İsveçrənin Azərbaycandakı səfiri Alan Quideti, VMF şirkətinin prezidenti Natəvan Müseyibova və digər şəxslər iştirak edib.

Butik Bakı şəhərinin 28 may küçəsi, 6 ünvanında yerləşir. Valter Fon Könel bildirib ki, rəhbərlik etdiyi şirkət VMF şirkəti ilə 1998-ci ilin noyabr ayından əməkdaşlıq edir. Regionda ilk «Longines» butikinin Bakıda açılması səbəblərindən danışan şirkət rəhbəri «Longines» saat modellərinə Azərbaycanda böyük diqqət göstərildiyini qeyd edib: «Azərbaycanda əsasən dəri kəmərli saatlara üstünlük verilir. Burada kişilərin də qızıl saatlara marağı böyükdür. Bizim Bakını regionda ilk şəhər seçimimizin digər səbəbi isə etibarlı tərəfdaşımızın olması, həmçinin Azərbaycanın böyük potensialının olması ilə bağlıdır».

Şirkət rəhbəri onu da vurğulayıb ki, hazırda dünyada saat istehsalının dəyər hesabı ilə 55%-i İsveçrənin payına düşür.

Səfir A.Quidetti isə Azərbaycanın ilbəil inkişaf etdiyini və burada dünyanın tanınmış brendlərinə diqqətin artdığını vurğulayıb.

Qeyd edək ki, İsveçrəyə məxsus «Longines» saat şirkəti 1832-ci ildə yaradılıb. Şirkətin Azərbaycanda eksklüziv tərəfdaşı VMF şirkətidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR