Bank Of Baku

125 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

125 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 03 dekabr 2009 15:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, keçirilən monitorinq zamanı Bakı şəhərində Nəsimi rayonunda Ə.Salam küçəsi, 31 ünvanında yerləşən «Sizin market»də, Tbilisi prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində Gülağa Səmədova məxsus ərzaq mağazasında, 20 Yanvar küçəsi, 33 ünvanında Rəhman İbrahimova məxsus ərzaq mağazasında, Xaçmaz şəhərində H.Əliyev küçəsində Kəmalə İsmayılovaya məxsus pərakəndə ticarət mağazasında, Gəncədə Hərbi şəhərcik-83 ünvanında Səbuhi Salmanova məxsus ərzaq malları mağazasında, həmçinin N.Nərimanov prospektində «Daş Körpü» ərzaq malları mağazasında ümumi çəkisi 125 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, makaron məmulatları, yağlar, süd və süd məhsulları, pivə, meyvə şirələri, sular, çay və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR