Bank Of Baku

«Baltika-Bakı» pivə zavodunda kollektiv müqavilə imzalanıb

«Baltika-Bakı» pivə zavodunda kollektiv müqavilə imzalanıb
# 04 dekabr 2009 11:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Xırdalanda yerləşən «Baltika-Bakı» pivə zavodunda növbəti 3 il ərzində müəssisədə sosial-əmək əlaqələrin nizama salınmasına dair kollektiv müqavilə imzalanıb.

Zavoddan «APA-Economics»ə verilən məlumata görə, müqaviləni «Baltika-Bakı» zavodunun direktoru Adam Tlexuray və müəssisənin Peşəkar İttifaqlar Təşkilatının sədri Tural Niftəliyev imzalayıblar.

Müqavilədə əsasən əmək haqqı, əmək əlaqələri, iş və fasilə vaxtları, əməyin təhlükəsizliyi və şəraiti kimi müddəalar əksini tapıb. Bununla yanaşı, sənəddə sosial təminat və güzəştlər də müəyyən edilib. Belə ki, bütün işçilərin əmək haqları ilbəil artırılacaq, həmçinin yubiley tarixlərdə, Ramazan, Qurban və Novruz bayramlarında fərdi mükafatlar ayrılacaq.

Qeyd edək ki, müəssisədə daimi 200 nəfər çalışır və yay mövsümündə işçilərin sayı bir neçə dəfə artırılır.

Xatırladaq ki, Rusiyanın «Baltika» ASC ötən ilin avqust ayında «Bakı-Castel» pivə zavodunun 92% səhmini alıb və 2009-cu il ərzində bu müəssisəyə 20 mln. ABŞ dolları məbləğində vəsait yatıracaq. Alqı-satqı müqaviləsi imzalandıqdan sonra isə müəssisənin brendi «Balktika-Bakı»ya dəyişdirilib. Hazırda müəssisə ölkənin pivə bazarının 73%-ni əhatə edir. Cari ilin iyun ayından etibarən isə «Baltika-Bakı» öz məhsullarını Gürcüstana ixrac etməyə başlayıb ki, hazırda ixracın həcmi 40 min litr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR