Bank Of Baku

Bakıda «Əməyin mühafizəsi» mövzusunda seminar keçiriləcək

Bakıda «Əməyin mühafizəsi» mövzusunda seminar keçiriləcək
# 07 dekabr 2009 13:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il dekabrın 8-də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə «Əməyin mühafizəsi» mövzusunda seminar keçiriləcək.

ASK-dan «APA-Economics»ə verilən məlumata görə, seminar ASK və Almaniyanın «Bildungswerk Der Wirtshaft» təşkilatı arasında imzalanmış Tərəfdaşlıq layihəsinə uyğun olaraq, Konfederasiyanın üzvü olan idarə, təşkilat və müəssisələrin əməyin təhlükəsizliyi məsələləri üzrə cavabdeh işçiləri, habelə həmkarlar təşkilatı nümayəndələri üçün keçiriləcək.

Seminarı Almaniyadan gələn təcrübəli mütəxəssis aparacaq. Tədbirdə həmçinin əməyin təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR