Bank Of Baku

Saxlama müddəti ötmüş 130 kiloqram ərzaq məhsulları və 6 ton saxta sement satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 130 kiloqram ərzaq məhsulları və 6 ton saxta sement satışdan çıxarılaraq məhv edilib
# 07 dekabr 2009 15:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Suraxanı rayonunda Hövsan qəsəbəsində «Miraj market»də, Binəqədi rayonunda Azadlıq prospekti, 157 ünvanında Nazim Quliyevə məxsus ərzaq mağazasında, N.Nərimanov küçəsi, 81 ünvanında «Fərid market»də, Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 2/14 ünvanında «Orxan market»də, Nərimanov rayonunda A.Heydərov küçəsi, ev 26 ünvanında «Montin market»də, həmçinin Gəncə şəhərində Ə.Gəncəvi və N.Vəliyev küçələrinin kəsişməsində «Kənan» ərzaq malları mağazasında ümumi çəkisi 130 kiloqram olan saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, yağlar, süd və süd məhsulları, makaron məmulatları, pivə, meyvə şirələri, sular, çay və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Bundan başqa, Dövlət Xidməti tərəfindən tikinti materialları bazarında aparılan nəzarət tədbirləri zamanı Göygöl rayonu A.Kazımov küçəsində «1001 Xırdavat» tikinti materialları mağazasında 6 tondan çox saxta sement aşkar edilərək satışdan çıxarılıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR