Azərbaycanın torpaq bazarında qiymət azalması davam edir
«Əmlak Bazarı İştirakçılar» İctimai Birliyindən “APA-Economics”ə verilən məlumata görə, oktyabrda torpaq bazarında təklif olunan torpaq sahələrinin əsasını ötən aylarda olduğu kimi, boş torpaqlar təşkil edib. Sentyabr ayında da köhnə yaşayış evlərinin sökülməsi zəif olub, boş torpaqlarda tikilən fərdi yaşayış evlərinin sərhədi şəhərin kənarına və şəhərətrafı ərazilərə (III və IV zonalar üzrə) doğru genişlənməkdə davam etsə də, tikintinin tempinin azalması tendensiyası bir qədər də dərinləşib. Aparılan söküntü işləri zamanı dövlət tərəfindən sosial obyektlərin tikintisinə, yolların salınmasına və genişləndirilməsinə daha çox rast gəlinib.
Oktyabr ayında bazara təklif olunan ümumi 819,3 ha torpaq sahəsinin 76,6%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Torpaq bazarında qiymət indeksi 8,7 bənd azalaraq 281,8 səviyyəsində qərarlaşıb. Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası oktyabr ayında bir qədər zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib.
Ötən aylarda olduğu kimi, oktyabr ayında da Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma müşahidə olunub. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 3% azalaraq 16 842 $/sot səviyyəsindən 16 341 $/sot səviyyəsinə enib. Ən çox qiymət azalması isə (-7,4%) Xətai rayonunda qeydə alınıb.
İB-nin monitorinq qrupunun araşdırmaları zamanı müəyyən olunub ki, ay ərzində qiymət azalması bütün zonalarda qeydə alınıb. Bu, bütün zonalar üzrə torpağın bazar qiymətinin real dəyərindən çox baha olması ilə bağlıdır.
Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması I və II zonalarda tələbin aşağı düşməsi ilə paralel olaraq qiymətlərin də azalmasına səbəb olub. Lakin III və IV zonalarda təklifin çox olması, tikintinin tempinin aşağı enməsi nəticəsində torpağa olan tələbin sürətlə azalması bu zonalar üzrə qiymətlərin enmə tendensiyasını saxlayır.
Torpaq sahələrinin ipoteka prosesində girov predmeti kimi qəbul olunmaması da daşınmaz əmlak subyekti kimi mülkiyyətin bu növünə olan marağı xeyli zəiflədib. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini artırıb. Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Nərimanov rayonları başçılıq edirlər. Ən passiv rayon isə ötən aylar olduğu kimi Nəsimi rayonudur.
Ay ərzində bazara təklif olunan ən bahalı torpaq sahəsi Nərimanov (Atatürk prospekti) rayonunda (250 min $/sot), ən ucuz torpaq sahəsi isə Əzizbəyov (Türkan qəsəbəsi) rayonunda (625 $/sot) qeydə alınıb.
Sahibkarlıq
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Dövlət Agentliyi: Bu il haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb
“Baku Steel Company” QSC açıq tender elan edir
“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
Xəbər Lenti
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
Aİ-nin xüsusi nümayəndəsi: Sülhə gedən yolda Azərbaycana necə dəstək ola biləcəyimiz müzakirə olunur
Fransa səfiri: Azərbaycanın Qarabağdakı yenidənqurma işlərinin miqyasını görmək çox təsiredicidir
Paşinyan: Kərki də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil olmayıb
Bayraktar: SOCAR-la TPAO “Şəfəq-Asiman” və “Qarabağ” yataqları üzrə əməkdaşlığı genişləndirəcək
Nazir: “TANAP-ın elektrik versiyası” Azərbaycanı Bolqarıstanla birləşdirəcək
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
Alparslan Bayraktar: Hörmüz böhranı enerji əməkdaşlığının əhəmiyyətini daha da artırır
Pərviz Şahbazov: Azərbaycan və Türkiyə enerji əməkdaşlığını elektrikləşmə mərhələsinə daşıyır
Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olunub
Nazir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir
Baba Rzayev: Cəbrayıl-Ağbənd 330 kV-luq elektrik xəttinin tikintisi başa çatmaq üzrədir
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilib, protokol imzalanıb - YENİLƏNİB
Parlamentin şöbə müdiri: Hazırki təhsil sistemində 3 illik bakalavriata keçid mümkün deyil
Rövşən Nəcəf: Azərbaycan-Türkiyə Enerji Forumu mühüm əməkdaşlıq platformasıdır
Pərviz Şahbazov: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı strateji məzmun qazanıb
Təhsil kreditinin meyarlarına yenidən baxılması təklif olunub
Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan yaşıl elektrik layihəsi üzrə hökumətlərarası saziş imzalana bilər
Bayraktar: Naxçıvan üzərindən Azərbaycan-Türkiyə elektrik bağlantısı layihəsi tətbiq mərhələsinə yaxınlaşır
Alparslan Bayraktar: Azərbaycan və Türkiyə elektrik sistemlərinin daha sıx inteqrasiyasını hədəfləyir
Xalq artisti Şəfiqə Məmmədova: İttifaq daxilində bir çox çətinliklər və problemlər var
Türkiyənin “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsində iştirakı nəzərdə tutulur
Nazir: Zəngəzur dəhlizi ilə Azərbaycan və Türkiyə arasında yeni elektrik bağlantısı yaradılacaq
Azərbaycandan Türkiyəyə və beynəlxalq bazarlara ixrac olunan neft-qazın həcmi açıqlanıb
Sabah 31 dərəcə isti olacaq
Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
Müvəqqəti işlər vəkili ABŞ-Azərbaycan münasibətlərində hazırda çoxsaylı proseslərin baş verdiyini bildirib
Emi Karlon: Xankəndiyə ikinci dəfə səfər edirəm, ötən müddətdə yeni inkişafın şahidi oldum
Emin Əmrullayev: Müəllimlərin 90 faizdən çoxu sertifikatlaşdırmadan keçib
Xaçmazda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər həbs edilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib - FOTO - YENİLƏNİB-1
Hikmət Hacıyev: Qarabağda və digər ərazilərimizdəki bütün mədəni irs Azərbaycan qanunvericiliyi ilə qorunur
Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub
Xarici diplomatlar Xankəndi şəhərində Zəfər Parkını ziyarət ediblər - FOTO
“UĞUR 777 estetik mərkəz”lə bağlı cinayət işi üzrə zərərçəkmiş “Hepatit C”yə yoluxduğunu bildirib
Məleykə Abbaszadə: Zəif nəticə göstərən uşaqları tanımaq lazımdır
Prezidentin köməkçisi: Azərbaycanın təcrübəsi digər postmünaqişə bölgələrində də tətbiq oluna bilər
Hacıqabul sakinini cərəyan vuraraq öldürüb
Parlamentdə təhsillə bağlı ictimai dinləmələr keçiriləcək
Kreml: Litva Rusiyanın nüvə silahının hədəfində ola bilər
Hikmət Hacıyev: Azərbaycan və Ermənistan liderlərinin son görüşü çox konstruktiv atmosferdə keçib
Nazir müşaviri: Məktəblərdə davamiyyətin izlənməsi istiqamətində geriləmə müşahidə edilib
Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də işlər davam edir
Nigar Arpadarai: Bakıda keçirilən iqlim konfransı UNFCCC-nin rəsmi regional platforması kimi qəbul edilib
Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu ilə bu il 53 min sərnişin səfər edib
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilk dəfə azad edilmiş ərazilərə səfər edib