Bank Of Baku

Son bir ildə Bakıda qeyri-yaşayış sahələri 14,5% ucuzlaşıb

Son bir ildə Bakıda qeyri-yaşayış sahələri 14,5% ucuzlaşıb
# 08 dekabr 2009 12:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Bakının daşınmaz əmlak bazarında qeyri-yaşayış sahələrinin qiyməti ötən ilin analoji dövrü ilə müqayisədə 14,5%, cari ilin əvvəlindən isə 10,7% ucuzlaşıb.

«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin oktyabr ayında bazara çıxarılan qeyri-yaşayış sahələri ötən ayda olduğu kimi, fərdi tikililərdən, yeni inşa edilən binaların 1-2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillərdən ibarət olub.

Bundan başqa, oktyabrda Bakı şəhəri üzrə kommersiya məqsədilə istifadə edilən əmlakın orta satış qiymətində 0,1%, icarə qiymətlərində 0,2% qiymət azalması qeydə alınıb. Oktyabrda bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı 1,6% azalıb. Buna müvafiq olaraq bazarda ekspozisiya müddətinin artımı risk dərəcəsini də yüksəldib.

Ötən illə müqayisədə Bakı şəhəri üzrə qiymət indeksində azalma 15,9% təşkil edib, sentyabr ayla müqayisədə isə qiymət indeksində azalma 0,1% olub.

Qeyri-yaşayış sahələrinin satış qiymətlərində 0,1%, icarə qiymətlərində isə 0,2% qiymət azalması qeydə alınıb. Bakı şəhəri üzrə 1 kv. m qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) sentyabrda qeydə alınan 2 996 ABŞ dollarından 2 992 dollara enib.

Bakı şəhərində qeyri-yaşayış sahələrinin qiymətlərini zonalar üzrə təhlil etdikdə I zonada 0,4% qiymət artımı, digər zonalarda isə qiymət azalması müşahidə edilib. Ay ərzində qeyri-yaşayış sahələri bazarında orta qiymətlərdə Nəsimi və Xətai rayonlarında müvafiq olaraq 0,4% və 0,3% qiymət artımı qeydə alınıb. Ən çox qiymət azalması isə Suraxanı rayonunda (2%) müşahidə olub.

Oktyabrda bazarda qeyri-yaşayış sahələrinin 1 kv. m-nin orta qiymətindən (2 992 ABŞ dolları) aşağı olan obyektlər ümumi portfeldə 57,4% paya malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR