Lord Freyzer: «Azərbaycan dağları Avstriya və İsveçrədəki dağ silsilələrini kölgədə qoyur»
Dəfələrlə Azərbaycanda səfərdə olduğunu bildirən Lord Freyzer yerli əhalinin biznes və fermer təsərrüfatının inkişaf etdirilməsinə ciddi maraq göstərdiyini, ölkənin savadlı kadrlara malik olduğunu, münbit torpaq ehtiyatlarının yüksək məhsuldarlığının olduğunu vurğulayıb. «Azərbaycan ərazisində yerləşən Qafqaz dağlarının görünüşü isə hətta Avstriya və İsveçrədəki dağ komplekslərini kölgədə qoyur. Burada gözəl və gəlirli turizm-istirahət kompleksləri inşa etmək mümkündür», - deyə Böyük Britaniya-Azərbaycan Cəmiyyətinin sədri qeyd edib.
Sammitdə Azərbaycanın aqrar sektorunun mövcud vəziyyəti, aparılan islahatların nəticələri və əməkdaşlıq perspektivləri haqqında danışan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev isə bildirib ki, hazırda ölkədəki işçi qüvvəsinin 39%-i məhz aqrar bölmədə cəmlənib, istehsal həcminin 99,8%-i isə qeyri-dövlət bölməsinin payına düşür. Bununla yanaşı, vurğulanıb ki, son illər ərzində aqrar bölmənin müxtəlif seqmentlərində əhəmiyyətli istehsal artımı müşahidə olunur və bunun nəticəsində, illik taxıl istehsalını 3 mln. tona, o cümlədən buğda istehsalını 2,2 mln. tona çatdıran Azərbaycan 2009-cu ildə ilk dəfə bu məhsul üzrə daxili imkanlar hesabına ölkənin təmin edilməsinə nail olub.
Konfransda çıxış edən Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov isə son illər ərzində ölkənin nəqliyyat kompleksində həyata keçirilən yerli və beynəlxalq investisiya layihələrinin icrası, yeni layihələrin hazırlıq işləri və əməkdaşlıq perspektivləri haqqında danışıb. M.Pənahovun sözlərinə görə, yaxın beş ildə Bakıda 75-dək yeni yeraltı və yerüstü yol keçidlərinin inşası, dəmir yollarının yenidən qurulması, yeni avtomagistralların inşası və s. infrastruktur obyektlərinin tikintisi planlaşdırılır.
Sammitdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə İKT sektorunun ÜDM-in formalaşmasındakı rolu, xidmətlərin çeşidi və həcm artımı haqqında ətraflı məlumat verib. Bununla yanaşı, nazir müavini Azərbaycanın təşəbbüsü ilə irəli sürülən TransAvrasiya Superinformasiya Magistralının inşası layihəsinin hazırlanması, beynəlxalq ictimaiyyət tərəfindən müzakirəsinin aparılması və sonrakı icra mərhələləri haqqında toplantı iştirakçılarını məlumatlandırıb. O, E.Vəlizadə Azərbaycanın ilk milli süni rabitə peykinin kosmosa buraxılması layihəsi ilə bağlı qısa məlumat verib və ölkədə xarici investorlarla İKT sahəsində əməkdaşlıq üçün bir çox digər layihələrin olduğunu vurğulayıb.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov öz növbəsində sammit iştirakçılarına ölkəmizin mədəni irsi və turizmin inkişaf etdirilməsi potensialı haqqında məlumat verib. Belə ki, Azərbaycana gələn turistlərin sayı 2003-cü ildəki 1,014 mln. nəfərdən 2008-ci ildə 1,898 mn. nəfərə qədər və ya 87% artıb: «Azərbaycana əsasən Avropa bölgəsindən turistlər gəlir və bu dövlətlər sırasında ilk yerləri Rusiya, Gürcüstan, İran, Türkiyə, Böyük Britaniya, Ukrayna, Qazaxıstan, ABŞ, Almaniya və Çin tutur».
F.Qurbanovun sözlərinə görə, son beş ildə Azərbaycanda otellərin inşası prosesi də xeyli aktivləşib və nəticədə ölkədə bu tipli obyektlərin sayı 2003-cü ildəki 238 vahiddən 2007-ci ildə 320-yə, 2008-ci ildə isə 370-ə çatıb: «Bu isə son bir ildə 15,6%-lik artım deməkdir».
Sammitin ikinci gününün ilk sessiyasının sonunda Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov, həmçinin «Baker&McKenzie» və «Salans» şirkətlərinin ekspertləri çıxış ediblər.
Qeyd edək ki, Adam Smit İnstitutunun təşkilatçılığı ilə iki gün davam edəcək tədbir çərçivəsində plenar iclaslar, tematik sessiyalar, investorlarla görüşlər və müzakirələr keçiriləcək. Sammitin proqramına Azərbaycanın dövlət qurumları, iri şirkət və təşkilatların nümayəndələrinin 50-dən artıq çıxışı və təqdimatları daxil edilib.
Xatırladaq ki, I Beynəlxalq Azərbaycan İnvestisiya Sammitinin rəsmi veb-saytının Azərbaycan versiyası da istifadəyə verilib. Saytda «tədbirlərin təqvimi», «tərəfdaş proqramları», «nümayəndəliklərin rəyi» və digər rubrikalar yer alıb. Sayt vasitəsilə həmçinin tədbirdə iştirak etmək üçün qeydiyyatdan da keçmək mümkündür. Bundan başqa, veb-saytda sammitdə müzakirə olunacaq əsas mövzular, tədbirin təşkilatçıları və s. haqqında ətraflı məlumatlar yerləşdirilib.
I Beynəlxalq Azərbaycan İnvestisiya Sammitinin rəsmi veb-saytının Azərbaycan versiyası http://www.adamsmithconferences.com/az/yjc001 ünvanında yerləşir.
Sammitin əsas mövzuları və tədbirləri:
* «Azərbaycanda biznes və siyasət» - Azərbaycan hökuməti və iri korporasiyaların nümayəndələrinin məruzələri. Bu sessiyaya Azərbaycanın siyasi, iqtisadi nümayəndələri, həmçinin iş adamlarının çıxışları daxil olacaq. Sessiyada Azərbaycandakı hazırkı siyasi və iqtisadi vəziyyət, son dəyişikliklər müzakirə olunacaq. Bundan başqa, sessiyada Azərbaycanın qanunvericilik orqanları və şirkətlərin rəhbərləri müasir iqtisadi vəziyyətə nə qədər effektli uyğunlaşa bilmələrini təhlil edəcəklər;
* Korporativ road-şou günü: Sammitdə Azərbaycanın iri şirkətlərinin korporativ təqdimatları keçiriləcək. Şirkətlərin nümayəndələri üçün tədbirdə iştirak edəcək analitik, investisiya bankları, vençur və hedc fondları, reytinq agentlikləri və maliyyə məsləhətçiləri qarşısında öz şirkətləri haqqında təqdimatla çıxış etmək imkanı yaradılacaq;
* Diskussiya paneli - «İnvestorları Azərbaycana nə cəlb edir?»: Diskussiyada maliyyə və korporativ investorlar, fondlar, maliyyə analitikləri və məsləhətçiləri, həmçinin Azərbaycan şirkətlərinin rəhbərləri iştirak edəcəklər. Burada əsas müzakirə predmeti Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması üçün görülən tədbirlər olacaq. Bundan başqa, diskussiyada Azərbaycanda hansı sektorun daha çox investisiya potensialına malik olduğu təhlil ediləcək;
* Praktiki misallar sessiyası - «Güclü biznesin yaradılması üçün Azərbaycandakı investisiya imkanlarından istifadə: regionda uğur qazanmış şirkətlərin tarixi və beynəlxalq layihələrin icrası misalları».
Bu sessiyada Azərbaycanda fəaliyyət göstərən və uğur qazanmış xarici şirkətlərin ətraflı təqdimatı və təcrübəsi nümayiş olunacaq. Sessiyada həmçinin hazırkı iqtisadi vəziyyətdə bazara daxilolmanın ən perspektivli modeli barədə müzakirələr aparılacaq və eyni zamanda, regiona qeyri-maliyyə investisiyalarının yatırılmasının vacibliyi məsələsi təhlil olunacaq;
* Azərbaycan iqtisadiyyatında tez inkişaf edən sektorlarında biznes və investisiya imkanlarının icmalına dair ətraflı Sessiya: bu sessiyada kənd təsərrüfatı, qida sənayesi, telekommunikasiya və informasiya texnologiyaları, turizm, tikinti, daşınmaz əmlak, elektrik enerjisi və nəqliyyat infrastrukturu kimi sahələrinin potensialına baxılacaq;
* Maliyyə sektoru və neft-qaz sahəsi üzrə paralel sessiyalar.
Sessiyalar sammitin ikinci günündə keçiriləcək. Burada iştirakçılara neft-qaz və maliyyə sektorlarının perspektivlərini daha ətraflı təhlil etmək və gələcək planları müzakirə etmək imkanı yaradılacaq.
Sammitin daimi veb-saytları:
http://www.adamsmithconferences.com/YJ1APAe
http://www.adamsmithconferences.com/YJ1APA
http://www.adamsmithconferences.com/az/yjc001
Sahibkarlıq
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Dövlət Agentliyi: Bu il haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb
“Baku Steel Company” QSC açıq tender elan edir
“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
Xəbər Lenti
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
Aİ-nin xüsusi nümayəndəsi: Sülhə gedən yolda Azərbaycana necə dəstək ola biləcəyimiz müzakirə olunur
Fransa səfiri: Azərbaycanın Qarabağdakı yenidənqurma işlərinin miqyasını görmək çox təsiredicidir
Paşinyan: Kərki də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil olmayıb
Bayraktar: SOCAR-la TPAO “Şəfəq-Asiman” və “Qarabağ” yataqları üzrə əməkdaşlığı genişləndirəcək
Nazir: “TANAP-ın elektrik versiyası” Azərbaycanı Bolqarıstanla birləşdirəcək
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
Alparslan Bayraktar: Hörmüz böhranı enerji əməkdaşlığının əhəmiyyətini daha da artırır
Pərviz Şahbazov: Azərbaycan və Türkiyə enerji əməkdaşlığını elektrikləşmə mərhələsinə daşıyır
Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olunub
Nazir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir
Baba Rzayev: Cəbrayıl-Ağbənd 330 kV-luq elektrik xəttinin tikintisi başa çatmaq üzrədir
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilib, protokol imzalanıb - YENİLƏNİB
Parlamentin şöbə müdiri: Hazırki təhsil sistemində 3 illik bakalavriata keçid mümkün deyil
Rövşən Nəcəf: Azərbaycan-Türkiyə Enerji Forumu mühüm əməkdaşlıq platformasıdır
Pərviz Şahbazov: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı strateji məzmun qazanıb
Təhsil kreditinin meyarlarına yenidən baxılması təklif olunub
Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan yaşıl elektrik layihəsi üzrə hökumətlərarası saziş imzalana bilər
Bayraktar: Naxçıvan üzərindən Azərbaycan-Türkiyə elektrik bağlantısı layihəsi tətbiq mərhələsinə yaxınlaşır
Alparslan Bayraktar: Azərbaycan və Türkiyə elektrik sistemlərinin daha sıx inteqrasiyasını hədəfləyir
Xalq artisti Şəfiqə Məmmədova: İttifaq daxilində bir çox çətinliklər və problemlər var
Türkiyənin “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsində iştirakı nəzərdə tutulur
Nazir: Zəngəzur dəhlizi ilə Azərbaycan və Türkiyə arasında yeni elektrik bağlantısı yaradılacaq
Azərbaycandan Türkiyəyə və beynəlxalq bazarlara ixrac olunan neft-qazın həcmi açıqlanıb
Sabah 31 dərəcə isti olacaq
Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
Müvəqqəti işlər vəkili ABŞ-Azərbaycan münasibətlərində hazırda çoxsaylı proseslərin baş verdiyini bildirib
Emi Karlon: Xankəndiyə ikinci dəfə səfər edirəm, ötən müddətdə yeni inkişafın şahidi oldum
Emin Əmrullayev: Müəllimlərin 90 faizdən çoxu sertifikatlaşdırmadan keçib
Xaçmazda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər həbs edilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib - FOTO - YENİLƏNİB-1
Hikmət Hacıyev: Qarabağda və digər ərazilərimizdəki bütün mədəni irs Azərbaycan qanunvericiliyi ilə qorunur
Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub
Xarici diplomatlar Xankəndi şəhərində Zəfər Parkını ziyarət ediblər - FOTO
“UĞUR 777 estetik mərkəz”lə bağlı cinayət işi üzrə zərərçəkmiş “Hepatit C”yə yoluxduğunu bildirib
Məleykə Abbaszadə: Zəif nəticə göstərən uşaqları tanımaq lazımdır
Prezidentin köməkçisi: Azərbaycanın təcrübəsi digər postmünaqişə bölgələrində də tətbiq oluna bilər
Hacıqabul sakinini cərəyan vuraraq öldürüb
Parlamentdə təhsillə bağlı ictimai dinləmələr keçiriləcək
Kreml: Litva Rusiyanın nüvə silahının hədəfində ola bilər
Hikmət Hacıyev: Azərbaycan və Ermənistan liderlərinin son görüşü çox konstruktiv atmosferdə keçib
Nazir müşaviri: Məktəblərdə davamiyyətin izlənməsi istiqamətində geriləmə müşahidə edilib
Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də işlər davam edir
Nigar Arpadarai: Bakıda keçirilən iqlim konfransı UNFCCC-nin rəsmi regional platforması kimi qəbul edilib
Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu ilə bu il 53 min sərnişin səfər edib
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilk dəfə azad edilmiş ərazilərə səfər edib