Bank Of Baku

Azərbaycan sahibkarları daha 3,6 mln. manat məbləğində güzəştli kreditlər alıb

Azərbaycan sahibkarları daha 3,6 mln. manat məbləğində güzəştli kreditlər alıb
# 11 dekabr 2009 12:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Cəlilabad şəhərində sahibkarlar üçün «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 400-ə yaxın sahibkar iştirak edib.

Tədbirdə çıxış edən SKMF-ın icraçı direktoru Şirzad Abdullayev «SKMF haqqında Əsasnamə» və «SKMF-ın vəsaitlərinin istifadəsi Qaydaları» barədə tədbir iştirakçılarına geniş məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıb.

Tədbir çərçivəsində həmçinin müvəkkil kredit təşkilatları vasitəsilə Cəlilabad, Lənkəran, Masallı, Lerik, Biləsuvar və Neftçala rayonlarında fəaliyyət göstərən 45 sahibkara 3,6 mln. manata yaxın güzəştli kreditlər verilib ki, verilmiş güzəştli kreditlər hesabına 200-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR