Bank Of Baku

Azərbaycanda normativ sənədin tələbinə cavab verməyən məhsulların istehsalı dayandırılıb

Azərbaycanda normativ sənədin tələbinə cavab verməyən məhsulların istehsalı dayandırılıb
# 11 dekabr 2009 14:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin noyabr ayı ərzində Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən ərzaq məhsullarının keyfiyyətinə nəzarət məqsədilə ölkədə fəaliyyət göstərən 22 müəssisədə monitorinq aparıb.

Komitənin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, monitorinq nəticəsində «Koral F» MMC-də kolbasa və sosiska məmulatlarının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkar olunub. Faktla bağlı inzibati protokol tərtib edilib və müəssisə rəhbərliyi cərimə olunub.

Bundan başqa, «Azərmaya» ASC-də istismar olunan ölçmə və sınaq vasitələri qanuna zidd olaraq müqayisəli dövlət yoxlamasından keçmədiyi halda istifadə olunduğu aşkar olunub və müəssisəyə iradnamə verilib.

Tort, şərq şirniyyatı, qablaşdırılmış yarımfabrikatlar istehsalı ilə məşğul olan «ADA Ticarət» ASC-də sertifikatsız məhsulların istehsal olunduğu müəyyən olunub. Nöqsanlarla bağlı müəssisəyə inzibati protokol tərtib edilib.

Bununla yanaşı, «Melnik» nişanlı qızardılmış çörək tikələri (suxari) istehsal edən «Bərəkət » MMC-də aparılan monitorinq zamanı müəyyən olunub ki, istehsalda istifadə olunan ölçmə vasitələri dövlət yoxlamasından keçirilməyib. Məhsulun markalanmasında istifadə müddəti 60 gün göstərilməli olduğu halda, məhsulun üzərində 6 ay göstərilib. Nəticədə müəssisəyə inzibati protokol tərtib edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR