Bank Of Baku

Bu ilin noyabr ayında Bakıda tikinti materiallarının qiymətində 2,2% azalma olub

Bu ilin noyabr ayında Bakıda tikinti materiallarının qiymətində 2,2% azalma olub
# 11 dekabr 2009 14:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin noyabr ayında Bakı şəhərinin tikinti materialları bazarında formalaşan orta qiymətlərdə oktyabr ayı ilə müqayisədə 2,2% azalma olub. Bu barədə «APA-Economics»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib.

Təşkilat tərəfindən noyabr ayı ərzində Bakı şəhəri üzrə tikinti materialları bazarında 38 adda, 89 çeşiddə tikinti materiallarının qiyməti izlənilib. Araşdırılan məhsullar üzrə ölkədə istehsal olunan malların ümumi istehsalda həcmi 53,9% təşkil edib. Ümumilikdə noyabr ayında araşdırmaya məruz qalan 89 adda məhsuldan 32-si üzrə qiymət azalması, 6-sı üzrə qiymət artımı, 51-i üzrə isə stabillik müşahidə edilib.

Noyabrda şüşə 6%, lambirin 8%, üzlük daş 5,1% bahalaşıb. Mişar daşı 13,5%, qum 8,3%, çınqıl 7,1%, otsep 11,1%, taxta 2,3%, DVP 3,3%, armatur 0,6%, künyə 1,8%, şveller 1,6%, dəmir təbəqə 2,7%, katinka 6,4%, şifer 2,1%, dam örtüyü 0,5%, alçipan 1,8%, izolyasiya 3,4%, tamet 12,5%, profil 9,3% ucuzlaşıb. Digər tikinti materiallarının qiyməti sentyabr ayında stabil qalıb.

Noyabr ayında istehsal mallarının ümumi qiymət portfelindəki payı idxalı 3 dəfəyə yaxın üstələyib. Aparılan araşdırmalar göstərir ki, noyabrda qiymət azalmasına uyğun olaraq, tələbdə də azalma müşahidə olunub.

İctimai Birliyin məlumatında qeyd olunur ki, tikinti materiallarının qiymətində ilin əvvəli ilə müqayisədə 23,5%, ötən illə müqayisədə isə 3,7% artım qeydə alınıb. Qiymət indeksi isə ötən aya nisbətən 2,8 bənd azalaraq 129,0 bənd səviyyəsində qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR