Bank Of Baku

Mənşəyi bəlli olmayan 6 956 ədəd uşaq oyuncağı satışdan çıxarılıb

Mənşəyi bəlli olmayan 6 956 ədəd uşaq oyuncağı satışdan çıxarılıb
# 11 dekabr 2009 15:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən «Sədərək» ticarət mərkəzində monitorinq aparılıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı ticarət mərkəzində mənşəyi bəlli olmayan 6 956 ədəd uşaq oyuncağı satışdan çıxarılıb.

Satışdan çıxarılmış oyuncaqların üzərində istehsalçının adı, ünvanı, standartın (normativ sənədin) işarəsi, istifadə qaydaları barədə məlumatlar göstərilmədiyindən, onların məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən qərar qəbul edilib və qeyd edilən uşaq oyuncaqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR