Bank Of Baku

Azərbaycanda hər ay 100-200 arası torpaq hərracı elanı verilib- Komitə sədri

Azərbaycanda hər ay 100-200 arası torpaq hərracı elanı verilib- Komitə sədri
# 12 dekabr 2009 21:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda hərraclar vasitəsi ilə torpaqların satışı çox normal keçir və ötən bir il ərzində elə bir ciddi problem qeydə alınmayıb. Bunu APA-ya açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov bildirib.

Q. Məmmədovun sözlərinə görə, hərraclar torpaqların satışında şəffaflığın təmin olunmasına imkan verir. Komitə sədri bu günədək nə qədər torpaq hərracının keçirilməsi barədə konkret məlumat verməsə də, hər ay 100-200 arasında hərrac elanının verildiyini qeyd edib.

«Hərraclar çox şəffaf keçir və hələ ki hər hansı narazılıq, şikayət yoxdur», - deyə Q. Məmmədov vurğulayıb.

Qeyd edək ki, 2008-ci ilin dekabr ayında dövlət başçısının imzaladığı fərmanla DTXK-yə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələri və hərracların təşkilatçısı səlahiyyəti verilib. Qanunvericiliklə bələdiyyə ərazisində 5 il yaşayış qeydiyyatı olan vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə tərəfindən torpaq ayrıla bilər. Digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnu yalnız açıq torpaq hərracları və ya müsabiqələr vasitəsi ilə əldə edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR