Bank Of Baku

«Azersun Holding» korporativ və marka saytlarını təqdim edib

«Azersun Holding» korporativ və marka saytlarını təqdim edib
# 14 dekabr 2009 12:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda «Azersun Holding» Şirkətlər Qrupunun korporativ və marka saytlarının (www.azersun.com) təqdimatına həsr olunmuş konfrans keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə təqdim olunan saytlar barədə «Azersun Holding» Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr və sosial xidmətlər Departamentinin bölmə rəisi Afiq Səfərov və «Silverkey» beynəlxalq şirkətinin Azərbaycan üzrə direktoru Fərd İsmayılzadə ətraflı məlumat veriblər.

F.İsmayılzadənin sözlərinə görə, «Silverkey» şirkəti ilə «Azersun Holding»in birgə həyata keçirdiyi bu layihəyə 2008-ci ilin noyabrında başlanılıb. Layihə çərçivəsində 9 korporativ və 9 marka saytı hazırlanaraq internet istifadəçilərinin ixtiyarına verilib. Saytda 4 dildə (Azərbaycan, türk, rus və ingilis) «Azersun Holding»in fəaliyyəti barədə ən yeni xəbərlər, istehsal etdiyi məhsullar, ticarət fəaliyyəti, vakant iş yerləri, sosial məsuliyyət layihələri, insan resursları və digər faydalı məlumatlar yerləşdirilib.

A.Səfərov 2009-cu il ərzində holdinqin korporativ veb-saytına 101668 istifadəçinin daxil olduğunu və həmin istifadəçilərin 1 027 943 dəfə səhifələrə müraciət ediblər. Saytlara 84 ölkədən giriş olub ki, bunlara da ABŞ, Türkiyə Almaniya, Misir, BƏƏ, İsrail, Mərakeş və digər dövlətlər daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR