Bank Of Baku

Salyanda sahibkarlar üçün seminar keçirilib

Salyanda sahibkarlar üçün seminar keçirilib
# 14 dekabr 2009 12:36 (UTC +04:00)
Salyan. Əlibәy Zeynallı - APA. Bu gün Beynəlxalq Maliyyə Korporasiyası (IFC) 2008-ci ildə apardığı Kiçik və Orta Müəssisələr üzrə araşdırmanın nəticələrini müzakirə etmək və Azərbaycanda mövcud olan müvafiq tənzimləyici prosedurlar haqqında sahibkarlara məlumat vermək məqsədilə Salyanda seminar-treninq keçirib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, tədbirdə sahibkarlara Kiçik və Orta Müəssisələr üzrə ötən il IFC tərəfindən keçirilən araşdırmaların nəticələri təqdim olunub.

Qeyd edək ki, tədbir IFC və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Tədbiri Dünya Bankının İnvestisiya mühiti üzrə məsləhət xidmətinin hüquqi məsələlər üzrə müşaviri Fəxriyar Cabbarov və iqtisadçı Əbülfəz Manafov aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR