Bank Of Baku

«Azersun Holding» gələn il dörd zavod istifadəyə verəcək

«Azersun Holding» gələn il dörd zavod istifadəyə verəcək
# 14 dekabr 2009 13:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azersun Holding» Şirkətlər Qrupu yaxın vaxtlarda Biləsuvar Konserv Zavodunu istifadəyə verəcək.

Bunu «APA-Economics»ə açıqlamasında holdinqin İctimaiyyətlə əlaqələr və sosial xidmətlər Departamentinin bölmə rəisi Afiq Səfərov bildirib.

A.Səfərovun sözlərinə görə, zavodda emal üçün 3600 hektar torpaq sahəsi ayrılıb. Bu sahədə məhsullar yetişdirilərək emal üçün zavoda göndəriləcək.

«Növbəti ildə həmçinin Kürdəmir Süd Zavodu, Sumqayıt Kağız Məmulatları Emalı Kombinatı və Masazır Duz Zavodunun istifadə verilməsi gözlənilir. Kürdəmirdə istifadəyə veriləcək süd zavodu ölkədə südçülüyün inkişafına xidmət edən bir layihə olacaq», - deyə A.Səfərov qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR