Bank Of Baku

Xəzər Beynəlxalq İnvestisiya Şirkəti gələn il sərmayə qoyuluşunu aktivləşdirəcək

Xəzər Beynəlxalq İnvestisiya Şirkəti gələn il sərmayə qoyuluşunu aktivləşdirəcək
# 14 dekabr 2009 13:55 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Xəzər Beynəlxalq İnvestisiya Şirkəti (XBİŞ) növbəti il ərzində əsas diqqətini perspektivli investisiya layihələrinin müəyyənləşdirilməsi və mövcud nizamnamə kapitalının sərmayə şəklində yerləşdirilməsinə yetirəcək. Bunu «APA-Economics»ə açıqlamasında XBİŞ-in icraçı direktoru Toğrul Köçərli bildirib.

T.Köçərli qeyd edib ki, ötən müddət ərzində XBİŞ əsasən nizamnamə kapitalının formalaşması və yeni səhmdarların cəlb edilməsi işləri ilə məşğul olub. «Artıq ilkin əsas məqsədlərimizə nail olmuşuq, şirkətin nizamnamə kapitalı 40 mln. ABŞ dollarına çatdırılıb. Bundan sonra isə əsas diqqəti potensial layihələrin seçilməsinə və sərmayə qoyuluşlarının həyata keçirilməsinə yetirəcəyik», - deyə T.Köçərli vurğulayıb.

Qeyd edək ki, Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin nizamnamə kapitalının artırılmasında Azərbaycan İnvestisiya Şirkəti (25%), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Yaxın Şərq ölkələrindən olan yeni investorlar iştirak edib. Onların arasında Səudiyyə Ərəbistanının «Tanmiyat» Qrupu, Küveytin «Aref İnvestment» Qrupu, Yəmənin «Al-Ahmar» Qrupu kimi regionda tanınmış maliyyə institutları və şirkətlər (ümumi payları – 75%) var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR