Bank Of Baku

220 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

220 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 14 dekabr 2009 15:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakı şəhərinin Binəqədi rayonunda M.Rəsulzadə qəsəbəsi, Ə.Axundov küçəsi, ev 12A ünvanında «Mahmud market»də, Ə.Məmmədov küçəsi, ev 11 ünvanında Cəmaləddin Abdurzayevə məxsus mağazada, Z.Qəmbərov küçəsi, ev 7 ünvanında «Dadaş market»də, Z.Qəmbərov küçəsi, ev 26, mənzil 2 ünvanında Rəşad Səlimova məxsus supermarketdə, 8-ci mikrorayon, N.Nərimanov küçəsində «Ser market»də, Yasamal rayonunda Ş.Mehdiyev küçəsi, ev 1, mənzil 37 ünvanında «Sizin market»də, Sumqayıt şəhərində 10-cu mikrorayon, 28-ci binanın qarşısında yerləşən Bilqeyis Umudovaya məxsus ərzaq mağazasında, həmçinin Gəncə şəhərində Ə.Əliyev və M.Hüseyn küçələrinin kəsişməsində «İdeal market»də, H.Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində Müşviq Əliyevə məxsus ərzaq malları mağazasında ümumi çəkisi 220 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, yağlar, balıq və süd məhsulları, pivə, meyvə şirələri, sular, çay, kofe, duz və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR