Bank Of Baku

Bu gün ARPA-nın Himayədarlar Şurasının ilk iclası keçiriləcək

Bu gün ARPA-nın Himayədarlar Şurasının ilk iclası keçiriləcək
# 15 dekabr 2009 12:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Risk Peşəkarlar Assosiasiyası (ARPA) Himayədarlar Şurasının ilk iclası keçiriləcək. «APA-Economics»in məlumatına görə, bunu ARPA-nın Direktorlar Şurasının sədri Rüfət Mahmud bildirib.

Onun sözlərinə görə, hazırda Himayədarlar Şurasının 10 üzvü var və iclasda əsasən tanışlıq aparılacaq, həmçinin cari ildə ARPA tərəfindən yerinə yetirilən işlər, o cümlədən rəhbər orqanlarının hesabatının təqdimatı keçiriləcək: «Bununla yanaşı iclasda 3 sənəd Himayədarlar Şurasına təqdim olunacaq ki, bunlar «Himayədarlar Şurasının Əsasnaməsi», «Direktorlar Şurasının Əsasnaməsi» və «Üzvlük Siyasəti» sənədləridir ki, Himayədarlar Şurası tərəfindən baxılandan sonra ARPA-nın fərdi üzvləri ilə yanaşı korporativ üzvləri də olacaq».

Qeyd edək ki, hazırda ARPA-nın treninqlərində iştirak edən 100 nəfər Assosiasiyanın üzvüdür.

Xatırladaq ki, ARPA 2009-cu ilin aprel ayından fəaliyyət göstərir. Assosiasiyanın fəaliyyətinin əsas istiqaməti riskin idarəedilməsi haqqında üzvlərini məlumatlandırmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR